Nikolas Maduroya narkoterrorizm ittihamı irəli sürülüb

3 Yanvar 2026 19:22 (UTC+04:00)

Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru Pamela Bondi "X" sosial şəbəkəsində yazıb.

Baş prokurorun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.

“Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə, ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”, - o vurğulayıb.