Ukrayna Moskvaya dronlarla hücum edib

3 Yanvar 2026 22:54 (UTC+04:00)

Ukrayna yenə Rusiyanın paytaxtı Moskvaya dronlarla hücum edib.

Aznews.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Moskva və Moskva vilayəti ərazisində bir saat ərzində 6 Ukrayna pilotsuz uçuş aparatının vurulduğu bildirilib.