Karib dənizi üzərindən uçuşlara məhdudiyyət aradan qaldırılıb

4 Yanvar 2026 11:54 (UTC+04:00)

ABŞ Karib dənizi üzərindən uçuşlara qoyulan məhdudiyyəti aradan qaldırıb.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Sean Duffi X-da paylaşım edib.

Qeyd edilib ki, ABŞ aviaşirkətləri üçün Venesuelada aparılan əməliyyatlarla əlaqədar Karib dənizi üzərində hava məkanına qoyulan məhdudiyyətlər ləğv edilib.