İlqar Məmmədov MSK-nı məhkəməyə verir

13 Sentyabr 2013 15:20 (UTC+04:00)

"ReAl" Hərəkatının sədri, prezidentliyə namizəd İlqar Məmmədov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verəcək.

Bu barədə AzNews.az-a İ.Məmmədovun MSK-dakı nümayəndəsi Xalid Bağırov məlumat verib.

Onun sözlərinə görə, İlqar Məmmədov bununla bağlı sabah məhkəməyə müraciət edəcək.

Xatırladaq ki, MSK-ya 41 247 ədəd imza təqdim edilib, imzalardan 4982-si etibarsız çıxıb.

Bahar Rüstəmli
AzNews.az