BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı fövqəladə iclası keçiriləcək

4 Yanvar 2026 13:45 (UTC+04:00)

Sabah BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı fövqəladə iclası keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə “Sinxua” BMT Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Somalinin BMT-dəki daimi nümayəndəliyinə istinadən məlumat yayıb.

İclas yanvarın 5-də saat 15.00-da keçiriləcək.