Putin iranlı həmkarı ilə görüşdü

13 Sentyabr 2013 15:41 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüşüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Qırğızıstanın paytaxtı Bişkək şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin sammiti çərçivəsində baş tutub.

Görüş zamanı prezidentləri ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərini və beynəlxalq problemlərin həlli yollarını müzakirə ediblər. V. Putin H. Ruhanini prezident seçilməsi münasibətilə bir daha təbrik edərək ona uğurlar arzulayıb: "Bilirik ki, dünyada bütün baş verənlər İranın nüvə problemi ətrafında fırlanır. İran bizim üçün mehriban qonşudur. Qonşuları seçmirlər. Bizim çox geniş həcmdə əməkdaşlığımız olub, var və bundan sonra də olacaq. İki ölkə arasındakı münasibətlər bütün səviyyələrdə inkişaf edir".

AzNews.az