Paşinyan II Qaregini devirmək üçün koordinasiya şurası yaradıb

5 Yanvar 2026 11:24 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan hazırki katolikosa müxalif olan 10 yepiskopla birlikdə erməni Kilsəsinin yenilənməsi üzrə koordinasiya şurasının yaradıldığını elan edib.

Aznews.az xəbər verir ki, bu barədə Paşinyan özünün “Telegram” kanalında paylaşım edib.

Şuranın qəbul etdiyi sənəddə kilsədə islahatların təşviqi, hazırkı kilsə başçısının vəzifədən uzaqlaşdırılması, katolikosun yerinə müvəqqəti rəhbərin seçilməsi, kilsənin nizamnaməsinin qəbulu və bütün ermənilərin Katolikosunun müəyyən olunmuş qaydada seçilməsi nəzərdə tutulur.

Aznews.az