Respublika Psixiatriya Xəstəxanasında ölüm faktı baş verib

5 Yanvar 2026 12:15 (UTC+04:00)

Respublika Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.

Aznews.az xəbər verir ki, hadisə yanvarın 4-də baş verib.

Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Y. Nəsibov müalicə aldığı Sabunçu rayonu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüb.

Onun vərəm xəstəliyindən öldüyü bildirilir.

Araşdırma aparılır.