ABŞ-ın Venesuelanın Karakas şəhərində keçirdiyi əməliyyatdan və prezident Nikolas Maduro və həyat yoldaşının həbsindən sonra vitse-prezident Delsi Rodrigez müvəqqəti prezident təyin edilib.
Müvəqqəti prezident Delsi Rodrigez sosial media hesabında diqqətəlayiq bir mesaj paylaşıb.
Rodrigez qarşılıqlı hörmətə və beynəlxalq əməkdaşlığa əsaslanan, xarici təhdidlərdən azad bir mühitdə yaşamaq istədiklərini bildirib.
Rodrigez Venesuela ilə regiondakı digər ölkələr arasında balanslı və hörmətli münasibətlər qurmağa üstünlük verdiklərini bildirib və ABŞ hökumətini əməkdaşlığa dəvət edib.
Rodrigez bildirib ki , "Prezident Donald Tramp xalqımızın və bölgəmizin müharibəyə deyil, sülhə və dialoqa layiq olduğuna inanır".
Mövsüm,
AzNews.az