Maduro bu gün məhkəmə qarşısına çıxacaq

5 Yanvar 2026 12:53 (UTC+04:00)

Venesuela Prezidenti Nikolas Maduro bu gün Nyu-Yorkda hakim qarşısına çıxacaq. Bildirilir ki, Maduro və həyat yoldaşı Siliya Flores Bakı vaxtı ilə saat 21:00-da məhkəməyə çıxarılacaq.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi Nikolas Maduro, onun həyat yoldaşı Siliya Flores, oğlu Nikolas Maduro Gerra, eləcə də Daxili İşlər naziri Diosdado Kabello, keçmiş daxili işlər naziri Ramon Rodriges Çaçin və “Tren de Aragua” cinayətkar qruplaşmasının lideri Hektor Rustenford Gerrero Flores barəsində irəli sürülmüş ittihamları əhatə edən iddianamə üzrə məxfilik rejimini bir neçə gün əvvəl ləğv edib.

Qeyd olunur ki, ilk dəfə 2020-ci ildə — ABŞ Prezidenti Donald Trampın birinci prezidentliyi dövründə elan edilən iddianamənin yenilənmiş variantında Nikolas Maduraya qarşı dörd ayrı maddə üzrə ittiham irəli sürülüb.

Mövsüm,

AzNews.az