Cəmil Həsənli üçün nə qədər pul toplanıb? – Açıqlama

13 Sentyabr 2013 16:04 (UTC+04:00)
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki fonduna yığılan ianələrin həcmi 10 min manata yaxındır.
Bu barədə AzNews.az-a C.Həsənlinin seçki qərargahının maliyyə məsələləri üzrə nümayəndəsi Kərimxan Zeynalov məlumat verib. O bildirib ki, dünən axşama olan son məlumata görə, C.Həsənlinin bank hesabında toplanan məbləğin həcmi 10 manatdan bir qədər azdır.

K.Zeynalovun sözlərinə görə, hesaba yardımlar davam edir: "Sabah bankdan yenə məlumat alacağıq. Yəqin ki, artıq 10 min manat yığılıb".

Qeyd edək ki, C.Həsənli üçün "1 manat" aksiyası keçirilir. C.Həsənlinin bank hesabı 20 gündən çoxdur açılıb.

Anar
AzNews.az