Tusk Avropa ölkələrini silahlanmağa çağırıb

5 Yanvar 2026 17:35 (UTC+04:00)

Avropa zəif və bölünmüş qalsa, müttəfiqləri tərəfindən artıq ciddi qəbul edilməyəcək.

Polşanın Baş naziri Donald Tusk bu barədə bildirib.

Tusk X sosial şəbəkəsində (əvvəllər Twitter) yazıb: "Heç kim zəif və parçalanmış Avropanı ciddiyə almayacaq: nə düşmənlər, nə də müttəfiqlər".

Polşa Baş naziri həmçinin Avropanı öz gücünə inanmağa, silahlanmağa davam etməyə və əvvəlkindən daha çox birliyə çağırıb.

Mövsüm,

AzNews.az