Leyla Əliyeva Maskatda Omanın Turizmin İnkişafı Şirkətinin layihələri ilə tanış olub

6 Yanvar 2026 15:08 (UTC+04:00)

Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində (“OMRAN” - “Oman Tourism Development Company”) bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub.

Aznews.az xəbər verir ki, 2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır.

Aznews.az