ABŞ-dən olan basketbolçu Azərbaycan klubundan ayrılıb

6 Yanvar 2026 17:18 (UTC+04:00)

"Abşeron Lions" basketbolçusu De Şon Eyksen ilə yollarını ayırıb.

Aznews.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

ABŞ-dən olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, De Şon Eyksen ötən ilin avqustundan "Abşeron Lions"da çıxış edirdi.