Milli Şura rəhbərliyi Britaniya XİN-də görüş keçirdi - Fotolar

13 Sentyabr 2013 19:53 (UTC+04:00)
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və İcra Aparatının rəhbəri Eldar Namazovun London səfəri davam edir. Modern.az-ın məlumatına görə, səfər çərçivəsində Milli Şura rəhbərliyi Britaniya Xarici İşlər Nazirliyində görüş keçiriblər.

Milli Şuranın London təmsilçisi Murad Həsənlinin sözlərinə görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri müzakirə edilib.

Murad Həsənli həmçinin bildirib ki, Cəmil Həsənli REAL hərəkatının lideri İlqar Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmamasına təəssüf etdiyini deyib.

AzNews.az