Qazax Neft Baza Sahəsinin həyətində yerləşən “MAN” markalı avtomobildə baş vermiş partlayış- yanğın nəticəsində Neft Baza Sahəsində süzücü-tökücü vəzifəsində işləyən, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov xidməti vəzifəsini yerinə yetirərkən yanaraq ölüb.
Hadisə Xanlıqlar kəndi ərazisində baş verib.
Aznews.az xəbər verir ki, faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma gedir.
Yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
Aznews.az