75 yaşlı qoca arvadının qisasını qəbirdən aldı

13 Sentyabr 2013 21:48 (UTC+04:00)
Balakəndə qeyri-adi cinayət hadisəsinin üstü açılıb. ANS PRESS-in Kanal S-ə istinadla verdiyi məlumata görə, Balakən polisinə daxil olmuş ərizə əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Şərif kənd qəbirstanlığında bir qəbirin üzərində təhqiredici hərəkətlər edən, qəbri dağıdaraq yararsız hala salan 75 yaşlı həmin kəndin sakini Məhəmməd Qarabaltayevi saxlanılıb. Məlum olub ki,Murtuzəli Qarabaltayev,dəfələrlə mərhum Əhməd Elayevin qəbrinin üzərində təhqiredici hərəkətlər edib və qəbri dağıdıb.

Cinayət əməllərini törədən Murtuzəli Qarabaltayevin istintaqa verdiyi ifadədən sonra maraqlı faktlar ortaya çıxıb. Belə ki,Murtazəli Qarabaltayev 2011-ci ildə dünyasını dəyişmiş həyat yoldaşının son nəfəsində Əhməd Elayevin ona qarşı illər öncə əxlaqsız hərəkətlər etdiyini söyləyib. Bundan şiddətlənən Qarabaltayev intiqam almaq məqsədilə Əhməd Elayevin qəbrini dəfələrlə dağıdıb və yaxud da qəbr üzərində təhqiredici hərəkətlər edib. Murtzəli Qarabaltayev etdiyi hərəkətdən peşman olmadığını, mərhumun sağlığında özünə qarşı etmədiyindən peşmançılıq keçirdiyini bildirdi.
Faktla bağlı Balakən RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.