Düz oxudunuz! Bu xəstəlik insana internet vasitəsi ilə keçir!

7 Yanvar 2026 23:21 (UTC+04:00)

İnternetdə xəstəliklərlə bağlı həddindən artıq araşdırma aparmaq “siberkondri” adlanır və bu hal insanlarda ciddi narahatlıq pozuntularına səbəb ola bilər. Beynəlxalq İntegrativ Psixoterapevt Muzaffer Şahin bildirib ki, siberkondri xüsusilə yayğın narahatlıq pozuntusu olan şəxslərdə daha çox müşahidə olunur və xəstəlik qorxusunu (hipokondri) gücləndirir.

Mütəxəssisin sözlərinə görə, internetdəki qeyri-elmi və şişirdilmiş məlumatlar insanın özünü ağır xəstə hesab etməsinə, hətta bədəndə real fiziki ağrıların yaranmasına gətirib çıxara bilər. Şahin vurğulayıb ki, siberkondri sosial və peşə fəaliyyətinə mənfi təsir göstərirsə, psixoloji yardım mütləqdir.

O həmçinin qeyd edib ki, internet istifadəsinin artması fonunda siberkondrinin 7–8 il ərzində DSM-6 və ICD kodu alaraq rəsmi xəstəlik kimi tanınması gözlənilir.

AzNews.az