Məşhur futbolçu Neymar sahib olduğu özəl nəqliyyat vasitələrini sosial media hesabında paylaşıb. Paylaşdığı fotoda Neymarın təxminən 45 milyon avro dəyərində Falcon 900LX reaktiv təyyarəsi, 9 milyon avro dəyərində Airbus H145 helikopteri və 2 milyon avro dəyərində Batmobile replika avtomobili yer alıb.
Nəqliyyat vasitələrinin hamısı Neymarın Batman sevgisini əks etdirən qara çalarlarda olub və NJR (Neymar Junior) detallarına uyğun şəkildə xüsusi dizayn edilib. Neymar paylaşımında “Xəyallar gerçək ola bilər” qeydi ilə Batmobile üzərində poza verərkən görüntülənib.
Sosial mediada “Batman donanması” adlandırılan bu kolleksiya ümumi dəyərinin 60 milyon avronu aşması ilə böyük maraq və müzakirələrə səbəb olub.
Mövsüm,
AzNews.az