COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib

8 Yanvar 2026 10:28 (UTC+04:00)

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30 dekabr 2025-ci il tarixli 1167/ü nömrəli Əmri ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib.

Aznews.az xəbər verir ki, bununla bağlı ləğvetmə komissiyası yaradılıb.

Ləğv olunmuş COP29 Azərbaycan Əməliyyat Şirkətinin kreditor borcları ilə əlaqədar iddialar 2 ay müddətində ləğvetmə komissiyasına təqdim edilməlidir.

Göstərilən müddətdən sonra iddialara baxılmayacaq.