Suriyanın Hələb şəhərində vəziyyət gərginləşib.
PKK/YPG-nin mülki yaşayış məntəqələrinə və Suriya ordusuna qarşı hücumlarından sonra bölgədə başlayan toqquşmaların intensivliyi artıb.
Bu fonda Suriya ordusu yeni açıqlama yayıb.
Ordunun bildirdiyinə görə, bu gün saat 14:30-dan etibarən Hələbin Əşrəfiyyə, Şeyx Məqsud və Bəni Zeyd məhəllələrində SDQ (Suriya Demokratik Qüvvələri) mövqelərinə qarşı “intensiv və hədəfli” hərbi əməliyyatlara başlanılacaq.
Mövsüm,
AzNews.az