Millət vəkilləri donuza bənzədildi

14 Sentyabr 2013 07:33 (UTC+04:00)
İngilis millət vəkilləri donuza bənzədildi. Bu bənzətməni isə məşhur "Daily Mirror" qəzeti edib. Qəzet ötən günki sayında deputatların xərcləri ilə bağlı material hazırlayıb. Məqalədə xərclərlə bağlı bəzi faktlar qeyd edilib. Qəzet manşetə qoyduğu donuzların altına "Mən böyüyəndə millət vəkili olmaq istəyirəm" yazıb.

Qəzet 4 il öncə xərcləri ilə bağlı saxtakarlıqlara yol verilən millət vəkillərinin qanunda dəyişiklər ediləcəyinə söz verdiyini, lakin əməl etmədiklərini yazıb. Belə ki, deputatlar bu ildə 98 milyon funt sterliq aldıqlarını, 155-dən artıq dövlət rəsmisinin dövlətdən aldığı pullarla qohum əqrabalarına baxdığı qeyd edilib.(anspress

AzNews.az