Bakıda avtomobil 78 yaşlı qadını vurub öldürdü

9 Yanvar 2026 09:45 (UTC+04:00)

Bakıda avtomobil qadın piyadanı vurub.

Aznews.az xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospekti 80A ünvanında qeydə alınıb.

Belə ki, dövlət qeydiyyat nişanı və markası bilinməyən avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az