Bakının bəzi ərazilərində qaz olmayacaq

9 Yanvar 2026 10:07 (UTC+04:00)

Bu gün Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq.

Aznews.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Təmir-bərpa işləri ilə əlaqədar Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7-ci ,8-ci, 9-cu Sallaqxana küçələrinin qaz təchizatında bu gün saat 10:00-dan etibarən müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.

Aznews.az