İspaniyanın "Barselona" və "Real" klublarının sabiq futbolçusu Albert Selades Kipr təmsilçisi "Pafos"un yeni baş məşqçisi olacaq.
Aznews.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
A.Selades Xuan Karlos Karsedonu əvəzləyəcək. O, 2020-ci ildə "Valensiya"nı çalışdırdıqdan sonra məşqçilik fəaliyyətinə fasilə vermişdi.
Qeyd edək ki, "Pafos" UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir. Komanda Liqa mərhələsinin başa çatmasına iki tur qalmış pley-off mərhələsinə yüksəlmək şansını saxlayır.