Rəqsanə: “Qorxuram ki, ərimi əlimdən alsınlar”

14 Sentyabr 2013 08:22 (UTC+04:00)
Müğənni Rəqsanə "Qafqazinfo"ya müsahibəsində şok açıqlamalar verib.

Müğənnilərin ikiüzlü olduğunu iddia edən Rəqsanə onların əsl iç üzünü açıqlayıb: "Qorxuram ki, ərimi əlimdən alsınlar" sözünü zarafata deməmişəm, tam ciddiyəm. Burada hər kəs bir-birinin sevgilisi ilə görüşür, ərlərini yox, sevgili-sponsorlarını əllərindən alırlar. Tamaşaçı pərdə arxasında nə baş verdiyini belə bilmir. Bunlar niyə bir-birini qırırlar? Efirdə fərqli şeylər göstərilir, sadəcə deyirlər ki, fılankəslə filankəs dalaşdı. Demirlər ki, onlar kişi üstə dalaşırlar, birinə az, birinə çox pul xərclədiyi üçün kişini öldürürlər".

Bahar Rüstəmli
AzNews.az