İranda baş verən etirazlarda xarici dövlətlərin əli var.
Aznews.az xəbər verir ki, bu barədə İranın ali lideri ayətullah Əli Xamenei bu gün dövlət televiziyasında çıxışında bildirib.
"İran etirazlar qarşısında geri çəkilməyəcək. İslam Respublikası xaricilərə xidmət edilməsinə yol verməyəcək", - deyə o qeyd edib.
Xameneyi ABŞ Prezidenti Donald Trampın İran xalqına dəstək bəyanatlarına şübhə ilə yanaşaraq onu ötən ilin yayındakı hücumlar zamanı minə yaxın iranlının ölümündə əli olmaqda günahlandırıb, həmçinin ölkəsinin işləri ilə məşğul olmağının vacibliyini vurğulayıb.
"O, əgər bacarırsa, öz ölkəsinin idarə edilməsi ilə məşğul olsun", - İranın ali lideri vurğulayıb.