Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunundan əvvəl Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq.
Aznews.az xəbər verir ki, Bundesliqa təmsilçisi matçdan bir gün əvvəl, yanvarın 20-də, axşam saatlarında Azərbaycana gələcək.
Frankfurt klubu qarşılaşmadan sonra Almaniyaya yollanacaq. UEFA "Ayntraxt"a cəza verdiyi üçün qonaq azarkeşlər tribunada yer almayacaqlar.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.