Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanovla görüşüb.
Aznews.az xəbər verir ki, səfir bu barədə "X" səhifəsində yazıb.
Görüş zamanı tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlarda koordinasiya məsələlərini müzakirə ediblər.
"Samir Becanovla görüşdüm və Rusiyanın Ukrayna şəhərlərinə son hücumları barədə yenilənmiş məlumatları onunla bölüşdüm. Həmçinin Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının dərinləşdirilməsi və beynəlxalq təşkilatlarda koordinasiya məsələlərini müzakirə etdik. Ukraynaya göstərdiyi dəstəyə və həmrəyliyə görə Azərbaycana təşəkkürümü bildirirəm", - diplomat yazıb.
AzNews.az