Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
Aznews.az xəbər verir ki, rayon mərkəzində Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan sakinlərin qarşılanma mərasimi keçirilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
Aşağı Oratağa qayıdan sakinlərə isə mənzillərin açarları kənddə təqdim edilib.