Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Telegram kanalında paylaşdığı açıqlamada ABŞ-ın addımlarını dəyərləndirib.
ABŞ-ın Venesuelaya hərbi müdaxilə edərək Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasını tənqid edən Medvedev, bunu “hörmətsiz və iyrənc bir hərəkət” adlandırıb. O bildirib:
“Daha yumşaq ifadə etsək, bu, beynəlxalq münasibətlər sahəsində universal bir fəlakətdir.”
Medvedev vurğulayıb ki, Amerika elitaları Venesueladan sonra səs çıxarmamalıdır:
“Onlar Rusiyanın xüsusi hərbi əməliyyat zamanı həyata keçirdiyi addımların legitim olduğunu qəbul etməlidirlər.”
ABŞ Prezidenti Donald Trampın “ucuz Rusiya neftinin alınmasına” qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qərarı təsdiqləməsinə də toxunan Medvedev deyib:
“ABŞ-ın sanksiya siyasətinin hansı şəraitdə olursa-olsun davam edəcəyi aydındır. Rusiya qəbuledilməz təhlükəsizlik zəmanətləri və ərazi məsələlərində güzəştlərə məcbur ediləcək.”
Mövsüm,
AzNews.az