Avropa İttifaqı (Aİ) ölkələri üçün Rusiya ilə dialoqu bərpa etməyin vaxtı yetişib.
İtaliyanın Baş naziri Corcia Meloni bu barədə bildirib.
Meloni deyib:
“[İtaliyanın vitse-premyeri Matteo] Salvini, eləcə də [Fransa Prezidenti Emmanuel] Makron İtaliya–Rusiya münasibətləri ilə bağlı fikirlər səsləndiriblər. Bu məsələdə məncə, Makron haqlıdır: hesab edirəm ki, Aİ üçün də Rusiya ilə danışıqlara başlamağın vaxtı çatıb.”
Bununla belə, Meloni Rusiyanın G8-ə qayıdışı məsələsində dialoqun bərpası üçün hələ tez olduğunu vurğulayıb. Onun sözlərinə görə, əməkdaşlığın yenidən qurulması üçün ilk növbədə Ukraynada sülhün əldə olunması zəruridir.
Mövsüm,
AzNews.az