Aİ Rusiyanın Kiyevə ballsitik raketlə zərbəsini Avropa və ABŞ üçün xəbərdarlıq adlandırıb

9 Yanvar 2026 16:35 (UTC+04:00)

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya zərbələr endirmək üçün "Oreşnik" ballistik raketindən istifadəsi münaqişənin eskalasiyasıdır.

Aznews.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Rusiyanın "Oreşnik" raketindən istifadəsi Ukraynaya qarşı açıq eskalasiya, Avropa və ABŞ üçün xəbərdarlıqdır", - o qeyd edib.

K.Kallas vurğulayıb ki, Ukraynanı daha çox hava hücumundan müdafiə (HHM) vasitələri ilə təmin etmək və Rusiyaya qarşı sanksiya rejimini sərtləşdirmək lazımdır: "Avropa İttifaqı (Aİ) ölkələri öz HHM vasitələri ehtiyatlarına daha dərindən diqqət yetirməli və onları indi Ukraynaya çatdırmalıdır. Biz həmçinin daha sərt sanksiyalar da daxil olmaqla, bu müharibənin Moskva üçün maliyyətini daha da artırmalıyıq".