Azərbaycan klubu təcrübəli futbolçusu ilə vidalaşıb

9 Yanvar 2026 16:37 (UTC+04:00)

Azərbaycanın I Liqa təmsilçisi "Difai" təcrübəli futbolçusu Roman Hüseynovla yollarını ayırıb.

Aznews.az xəbər verir ki, Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

R.Hüseynov cari mövsümün əvvəlindən paytaxt təmsilçisinin heyətində çıxış edirdi.