Qrenlandiya böhranı davam edir...
ABŞ prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı ilhaq etmək məsələsində israrlı mövqeyi yeni bir ölçü götürüb.
Reuters agentliyinin dörd fərqli mənbəyə istinadən verdiyi məlumata görə, Ağ Evin planları açıqlanıb.
Ağ Ev müşavirləri qrenlandiyalılara adambaşına 10.000 dollardan 100.000 dollara qədər birdəfəlik ödənişlərin edilməsi imkanlarını müzakirə edirlər.Qrenlandiyanın əhalisinin təxminən 57.000 nəfər olduğunu nəzərə alsaq, hər bir vətəndaşa 100.000 dollar ödəmək təxminən 6 milyard dollara bərabər olacaq.
ABŞ prezidenti Donald Trampın adanı almaq və ya ona nəzarət etmək üçün uzun müddətdir davam edən istəyi artıq bu birbaşa ödəniş planı ilə "kommersiya təklifi" səviyyəsinə qaldırılıb .
Prezident Tramp bildirib ki, zəngin mineral yataqları və Arktikadakı strateji mövqeyinə görə Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyi üçün əvəzolunmazdır.
Ağ Ev mənbələri bildirir ki, xüsusilə Venesueladakı əməliyyatdan sonra Tramp komandasını bu geosiyasi məqsədə çatmaq üçün daha çox çalışmağa çağırıb.
Mövsüm,
AzNews.az