Prezident İlham Əliyev Anar İsgəndərovu “Şöhrət” ordeni ilə təltif edib - SƏRƏNCAM

9 Yanvar 2026 16:02 (UTC+04:00)

Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.

Aznews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.

Aznews.az