İranda riyalın dollar qarşısında rekord səviyyədə dəyər itirməsindən sonra iqtisadi vəziyyətə etiraz olaraq başlayan aksiyalar qısa müddətdə hökumət əleyhinə nümayişlərə çevrilib və zorakılıqla müşayiət olunub.
İranın ali dini lideri Ayətullah Əli Xamneyi çıxışı zamanı bahalaşmaya qarşı ölkə üzrə keçirilən və zorakılıq hadisələrinə çevrilən etirazlara toxunub.
Xamneyi bildirib:
“Bir qrup vandal ABŞ prezidentini (Donald Trampı) razı salmaq üçün Tehranda və başqa yerlərdə öz ölkələrinə məxsus binaları dağıdıb. Çünki o, guya üsyançıları və ölkəyə zərər verənləri dəstəklədiyini iddia edib. Bu, absurddur. O, əgər bacarıqlıdırsa, gedib öz ölkəsini idarə etsin.”
Mövsüm,
AzNews.az