Tərtərdə ana və oğul dəm qazından zəhərləndi, oğul öldü

10 Yanvar 2026 10:22 (UTC+04:00)

Tərtərdə ana və oğul dəm qazından zəhərlənib.

Aznews.az xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Əzimov Müşviq Əsəd oğlu və anası - 1955-ci il təvəllüdlü Əzimova Sahibə Salman qızı yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.

Hadisə nəticəsində Müşviq Əzimov ölüb, Sahibə Əzimova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Aznews.az