Jurnalistlər üçün yeni mənzil tikintisi ilə bağlı tender elan edildi

14 Sentyabr 2013 09:22 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün yeni binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Bu barədə Trend-ə fonddan məlumat verilib.

17 mərtəbəli, üç girişli yaşayış binası Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi Yeni Səlyan yolu ünvanında tikiləcək.

Fond sənədləri 18 sentyabrdan 27 sentyabra qədər iş günləri saat 10:00-dan 16:00-dək qəbul edir.

Sorğuda iştirak etmək istəyənlər (+99412) 5371941 telefon nömrəsi və ya Bakı şəhəri, Mətbuat prospekti, 529 məhəlləsinə ünvanına müraciət edə bilərlər.

AzNews.az