"Liverpul" Soboslayı komandada saxlamaq istəyir

10 Yanvar 2026 16:41 (UTC+04:00)

"Liverpul" Dominik Soboslayı uzun illər komandada saxlamaq istəyir.

Aznews.az xəbər verir ki, bu barədə "Caughtoffside" məlumat yayıb.

"Liverpul" macarıstanlı futbolçunun müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Artıq Soboslayla razılıq əldə olunub. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yaxın günlərdə yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, "Liverpul" Dominik Soboslayı 2023-cü ilin yayında "Leyptsiq"dən 70 milyon avroya transfer edib. Macarıstan millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub