Fitso: Slovakiya və ABŞ atom energetikası sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar

10 Yanvar 2026 20:55 (UTC+04:00)

Slovakiya və ABŞ yanvarın 16-da atom energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar.

Aznews.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

Bildirilir ki, Bratislava Vaşinqtonun köməyi ilə ölkədə fəaliyyət göstərən AES-lərin şəbəkəsini genişləndirməyi planlaşdırır.

Slovakiya KİV daha əvvəl xəbər verib ki, ölkə rəhbərliyi qərbdə, Yaslovske-Boqunitse qəsəbəsi yaxınlığında yerləşən "Boqunitse" AES-də gücü 1 000 meqavat olan yeni enerji blokunun tikintisini həyata keçirməyi nəzərdə tutur. Bu enerji bloku Slovakiya dövlətinin mülkiyyətində olacaq. Onun inşası ilə bağlı danışıqlar ABŞ-nin "Westinghouse" şirkəti ilə aparılır.

Hazırda Slovakiyada iki AES fəaliyyət göstərir: - "Boqunitse" və "Moxovtse".