Masazırda çoxmərtəbəli yaşayış binasında yanğın olub

10 Yanvar 2026 21:40 (UTC+04:00)

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Aznews.az xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri 30p.m. yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub.

Bir nəfər tüstüdən zəhərlənib.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.