Türkiyədə evdə yanğın olub, ölən və yaralananlar var

10 Yanvar 2026 21:44 (UTC+04:00)

Türkiyənin Şanlıurfa vilayətinin Bozova rayonunda evdə qaz balonunun partlaması nəticəsində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Bu barədə Aznews.az yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə ilə əlaqədar əraziyə təcili tibbi yardım, yanğınsöndürənlər və polis əməkdaşları göndərilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Zəhərlənənlərdən ikisinin vəziyyəti ağırdır.

Partlayışın səbəbi hələ məlum deyil.