Bakıda avtoqəza; ölən var

14 Sentyabr 2013 10:00 (UTC+04:00)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 14-də Səbail rayonu Əhməd Cavad küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Anar Novruzov idarə etdiyi "Mitsubishi" markalı avtomaşınla Əsgər Salahovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az