Kuba prezidenti Trampın razılaşma çağırışına cavab verdi

12 Yanvar 2026 12:40 (UTC+04:00)

ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən sonra gərginliyin artdığı Latın Amerikası ölkələrindən biri olan Kubadan cavab gəlib.

Prezident Nikolas Maduro və həyat yoldaşının saxlanıldığı Venesuelaya ABŞ hərbi müdaxiləsindən sonra gərginlik artıb.

Kuba prezidenti Miguel Diaz-Kanel ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında ABŞ prezidenti Donald Trampın Havana hökumətini "çox gec olmamışdan əvvəl razılaşma əldə etməyə" çağırışı ilə bağlı verilən açıqlamaya münasibət bildirib.

Kubanın "təcavüzkar" dövlət olmadığını vurğulayan Diaz-Kanel, ölkənin 66 ildir ABŞ-ın təcavüzünə məruz qaldığını vurğulayıb.

Diaz-Kanel bildirib ki , "Kuba azad, müstəqil və suveren bir ölkədir. Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz."

Diaz-Kanel Kuba xalqının vətənlərini son damla qanına qədər müdafiə etməyə hazır olduğunu bildirərək, heç kimin ölkəni "təhdid edə" bilməyəcəyini əlavə edib.

Mövsüm,

AzNews.az