Avropa İttifaqı (Aİ) hökumət əleyhinə etirazların amansız şəkildə yatırılması nəticəsində yüzlərlə insanın ölümü səbəbindən İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Aznews.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “Politico”ya müsahibəsində bildirib.
O qeyd edib ki, İrana artıq insan hüquqlarının pozulması, nüvə silahlarının yayılması və Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək göstərməsi səbəbilə sanksiyalar tətbiq olunub.
“Mən rejimin etirazları amansız şəkildə yatırmasına cavab olaraq əlavə sanksiyalar təklif etməyə hazıram”, — Kallas vurğulayıb.
Aznews.az