ABŞ və Danimarka rəsmiləri Qrenlandiya üçün bir araya gəlir

12 Yanvar 2026 14:05 (UTC+04:00)

ABŞ mətbuatı Vaşinqton administrasiyasının Qrenlandiya məsələsini müzakirə etmək məqsədilə Danimarka rəsmiləri ilə bir araya gələcəyini iddia edib.

CBS News-ə danışan diplomatik mənbələr ABŞ-ın Danimarkaya məxsus muxtar ərazi olan Qrenlandiyaya nəzarət cəhdləri ilə bağlı yeni inkişaflar barədə məlumat verib.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton administrasiyası Qrenlandiya mövzusunu müzakirə etmək üçün çərşənbə günü Danimarkalı rəsmilərlə görüşəcək.

Sözügedən görüşlə bağlı məlumat ABŞ Dövlət katibi Marko Rubionun ötən həftə Konqresdə ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaqda maraqlı olduğunu deməsindən sonra yayılıb.

Rubio açıqlamasında, “Mən burada Danimarka və ya hərbi müdaxilə barədə danışmaq üçün deyiləm. Gələn həftə onlarla görüşəcəyəm. Bu məsələləri o zaman müzakirə edəcəyik”, - deyə qeyd edib.

Mövsüm,

AzNews.az