"Mançester Yunayted" özünə gəlməkdə çətinlik çəkir. Tarixi nailiyyətlərlə dolu İngiltərə komandası bu mövsüm azarkeşlərini məyus etməkdə davam edir.
Portuqaliyalı menecer Ruben Amorimlə yollarını ayıran komanda, Darren Fletçerin müvəqqəti rəhbərliyi altında da istənilən nəticəni əldə edə bilmir.
Çempionluq yarışında çox geridə qalan "Yunayted" həm İngiltərə Liqa Kubokundan, həm də FA Kubokundan kənarlaşdırıldı.
İngiltərə Kubokunun üçüncü turunda "Old Trafford" təmsilçisi evdə "Brayton"a 2-1 hesabı ilə məğlub olaraq daha bir məyusluq yaşayıb.
Qonaq komanda 12-ci və 64-cü dəqiqələrdə qol vurub, ev sahibi komanda isə yalnız 85-ci dəqiqədə cavab verə bilib.
"Mançester Yunayted" daha əvvəl 1981-1982 mövsümündə də eyni bəxtsizliyi yaşamışdı.
Mövsüm,
AzNews.az