İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ABŞ-ın Qrenlandiyanı ələ keçirmə planlarına qarşı, lazım gəldiyi halda NATO-nun adadakı təhlükəsizlik tədbirlərini gücləndirə biləcəyini bildirib.
Albares Madriddə qatıldığı tədbirdən sonra İspaniya mətbuatına verdiyi açıqlamada deyib:
“Əgər hazırda Qrenlandiyada və ya Arktika bölgəsində NATO-nun təhlükəsizliyini risk altına sala biləcək amillər və ya vəziyyətlər varsa, əminəm ki, hamımız bunu təhlil edə və təhlükəsizliyin gücləndirilməsi zəruridirsə, bu addımı ata bilərik.”
O, həmçinin vurğulayıb: “Hər hansı bir təhdid yaranacağı halda Qrenlandiyanın təhlükəsizliyini NATO vasitəsilə gücləndirməyə hazırıq.”
ABŞ-ın Qrenlandiyaya mümkün hərbi müdaxiləsini istisna etdiyini və bunu hətta hipotez kimi belə görmədiyini deyən Albares qeyd edib ki, buna baxmayaraq, Danimarka AB və NATO çərçivəsində təhlükəsizliyinin yetərincə təmin olunmadığı qənaətinə gələrsə, müttəfiqlərlə birlikdə zəruri təhlillər aparılacaq və hamının maraqlarına uyğun şəkildə təhlükəsizlik artırıla bilər.
Mövsüm,
AzNews.az