Ailəsi ilə birlikdə meşədə yaşayır - FOTO

14 Sentyabr 2013 10:37 (UTC+04:00)
Britaniyanın məşhur hippilərindən biri, ekologiya uğrunda mübariz kimi tanınan Deniel Huper Uelsdəki Forestrir səmtində meşədə yaşayır.

O, Nyuberidə yolun tikilməsinə qarşı 1996-cı ildəki genişmiqyaslı etiraz aksiyalarındakı fəal iştirakdan sonra tanınmışdı.

İndi o, 100 hippi ilə birlikdə Uelsdəki vadidə, meşəlikdə yerləşən kommunada, alaçıqda yaşayır.

Huperin ailəsi, xanımı və 4 övladı da meşədəki alaçıqdadır.

Yoqa və meditasiya ilə də məşğul olan hippilər Kermertenşirdəki Llandello şəhərinin yaxınlığındakı bu məkanda həyatlarından çox razı olduqlarını deyirlər.

Huperin ailəsi onun alaçığındakı qoyun dərilərinin üstündə yatır.

Günəş batareyaları isə kiçik radio və mobil telefonu enerji ilə təmin edir.

Meşədə, alaçıqda yaşamalarına rəğmən Huperin dörd uşağı yaxınlıqdakı şəhərdə olan məktəbə gedir, oxuyurlar. Şəhər şurası hippi "kəndi"ndəki uşaqların məktəbə aparılıb-gətirilməsi üçün xüsusi avtobus ayırıb.(milli.az)


AzNews.az